Bank Of Baku

Yol qəzalarında 4 nəfər ölüb

Yol qəzalarında 4 nəfər ölüb
# 18 oktyabr 2007 13:01 (UTC +04:00)
Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayondakı İnşaatçılar prospektində Bakı şəhər sakini Niyaz Güləhmədovun idarə etdiyi “Opel” markalı və Vaqif Bəxtiyarovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə hadisə yerinin yaxınlığında olan Bakı şəhər sakini Vüqar Ağayev ölüb. Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun Müşfiq qəsəbəsində Bakı şəhər sakini Fərhad Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla qəsəbə sakini Aytən Bəşirovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A. Bəşirova orada vəfat edib. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
Sumqayıt şəhərindəki R. Qəhrəmanov küçəsində İnşaatçılar qəsəbə sakini Aqil Abbasov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla şəhər sakini Arzu Bayramovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A. Bayramova orada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Balakən rayonunun Qaysa kəndində Meşəşambul kənd sakini Nurəddin Çoxayev idarə etdiyi “Ural” markalı motosikleti aşırıb. Nəticədə N. Çoxayev hadisə yerində ölüb, xəsarət almış sərnişini, Xalatala kənd sakini Şahin Qulbaşov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR