Bank Of Baku

“ABU-Petrol” yanacaqdoldurma məntəqəsində soyğunçuluq baş verib

“ABU-Petrol” yanacaqdoldurma məntəqəsində soyğunçuluq baş verib
# 19 oktyabr 2007 12:27 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 04.35 radələrində 5 maskalı şəxs “ABU-Petrol” yanacaqdoldurma məntəqəsinə gələrək məntəqənin işçiləri - Bakı şəhər sakini Kamran Xanobadski, Müşfiq qəsəbə sakini Zaur Fəttayev və Tərtər rayon sakini Feyruz Məmmədovu odlu silahla hədələyib və onlara məxsus 3 ədəd mobil telefonu, həmçinin məntəqəyə məxsus 1300 manat pulu aparıb. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov isə jurnalistlərə açıqlamasında bildirib ki, “ABU-Petrol”a hücum edən basqınçılar 1500 dollar aparıblar. Hazırda hadisə ilə bağlı Abşeron rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirildiyindən əlavə məlumat verilmir. Abşeron rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR