Bank Of Baku

YAP-ın Nərimanov rayon təşkilatının kompüterinin monitoru oğurlanıb

YAP-ın Nərimanov rayon təşkilatının kompüterinin monitoru oğurlanıb
# 19 oktyabr 2007 12:30 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının ofisində oğurluq olub. Bu barədə APA-ya rayon təşkilatının sədri Təmraz Tağıyev məlumat verib. Onun sözlərinə görə, oktyabrın 16-dan 17-nə keçən gecə təşkilatın Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən qərargahının nəfəsliyindəki dəmir barmaqlıqlar mişarla kəsilib və içəri girən şəxslər yeni alınmış kompüterin monitorunu aparıblar: “Həmin kompüteri dörd gün idi almışdıq və demək olar ki, işlətməmişdik. Biz düşünürük ki, bunu uşaqlar edib. Çünki qərargaha girənlər burada “peçenye” də yeyiblər”. T. Tağıyev məsələ ilə bağlı polisə xəbər verildiyini deyib. Nərimanov rayon Polis İdarəsindən isə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb. İşi müstəntiq Əli İsgəndərov araşdırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR