Bank Of Baku

Azərbaycanın şimal-qərb rayonlarındakı əməliyyat Rusiyada federal axtarışda olan azərbaycanlının tapılması məqsədi daşıyıb

Azərbaycanın şimal-qərb rayonlarındakı əməliyyat Rusiyada federal axtarışda olan azərbaycanlının tapılması məqsədi daşıyıb
# 19 oktyabr 2007 12:42 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Mənbədən verilən məlumata görə, Rusiya və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Vüqar Mollaçıyev bir neçə ay öncə Azərbaycan ərazisinə daxil olaraq Zaqatala rayonuna gəlib. O, sərhədi Çeçenistanda düzəltdiyi saxta pasportla keçib. Həmin pasportda Vüqarın adı, familiyası və doğulduğu yer olduğu kimi göstərilib. Sonradan o, Rusiyada qeyri-qanuni ailə qurduğu milliyyətcə saxur olan Ayşə Bazayeva ilə Zaqatalada rəsmi nikaha girib. Lakin bu zaman V. Mollaçıyev öz familiyasından imtina edərək, həyat yoldaşının, Bazayev familiyasını götürüb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Vüqar, “Bazayev” familiyası ilə sərhədi keçərək, artıq Rusiya ərazisinə daxil olub.
Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən ötən gün şimal-qərb bölgəsində keçirilən xüsusi əməliyyat dünən axşam saatlarından dayandırılıb. Bununla belə, rayona Balakən və Qaxdan daxil olan postlarda yol polisi gücləndirilmiş iş rejimində çalışır, həmçinin postlara silahlı əsgərlər nəzarət edir.
Zaqatala rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna V.ş Mollaçıyeviun bir müddət əvvəl gizli yollarla Azərbaycan ərazisinə keçərək, sonradan geri qayıtması barədə məlumatı təsdiqləyiblər. Lakin polis dünən keçirilən əməliyyatın V. Mollaçıyevlə bağlı olduğunu təsdiqləməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR