Bank Of Baku

Piyada Həccə gedən istefada olan iki azərbaycanlı polkovnik Türkiyədə saxlanılıb

Piyada Həccə gedən istefada olan iki azərbaycanlı polkovnik Türkiyədə saxlanılıb
# 19 oktyabr 2007 12:46 (UTC +04:00)
Bakıdan piyada Məkkəyə getmək niyyəti ilə bu il sentyabrın 21-də yola çıxan iki Azərbaycan vətəndaşı Türkiyənin Ərzurum rayonunda polis tərəfindən saxlanılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər istefada olan polkovniklər Şahid Qurbanov və Sahib Kazımovdur. Adıçəkilən şəxslər əllərində bayraq, çanta və su qabları ilə axşam saatlarında Ərzurum Polis Məktəbinin yanında gəzişərkən polislərin diqqətini çəkiblər. Şübhəli şəxslər dərhal saxlanılıb və dindiriliblər. Azərbaycan vətəndaşlarının piyada İran və Naxçıvandan keçərək Ərzuruma getdikləri məlum olub. Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanıldıqdan sonra azərbaycanlıların yollarına davam etməsinə icazə verilib. Azərbaycanlı zabitlər bildiriblər ki, onlar Həcc ziyarətinə getmək üçün günlərdir piyada yol qət edirlər və Ankarada Atatürkün mavzoleyini ziyarət etdikdən sonra Suriyaya keçib, oradan Səudiyyə Ərəbistanına gedəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR