Bank Of Baku

Əhəd Abıyevin qardaşı oğlu xəstəxanaya müraciət edib

Əhəd Abıyevin qardaşı oğlu xəstəxanaya müraciət edib
# 19 oktyabr 2007 13:56 (UTC +04:00)
Oktyabrın 12-də saat 13:00 radələrində millət vəkili Əhəd Abıyevin qardaşı oğlu, Masallı şəhər sakini, 1983-cü il təvəllüdlü Altay Qadir oğlu Abıyev ayağının sağ budunda yara diaqnozu ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib. Bu barədə APA-nın cənub bürosuna Masallı MRX-nin baş həkimi, xəstəxananın travmatologiya şöbəsinin müdiri Faiq Əliyev məlumat verib. Onun sözlərinə görə, A. Abıyev ayağını şüşə kəsdiyini bildirib. MRX-nin travmatologiya şöbəsində A. Abıyevin müraciəti barədə müvafiq qeydiyyat aparılıb və ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Masallı rayon Polis Şöbəsindən isə APA-nın cənub bürosunun sorğusuna cavab olaraq A. Abıyevin yaralanması ilə bağlı onlara hər hansı məlumatın daxil olmadığı bildirilib.
Qeyd edək ki, bu gün “Gün səhər” və “Azadlıq” qəzetlərində bir neçə gün əvvəl Masallı rayonundakı mehmanxananın yaxınlığında millət vəkili Əhəd Abıyevin qohumları arasında mübahisə baş verməsi və mübahisənin bıçaqlaşma ilə nəticələnməsi barədə məlumat verilib. Bildirilir ki, Əhəd Abıyevin qardaşı, Masallı rayonlararası Kənd Təsərrüfatı İdarəsinin rəisi Abı Abıyevin oğlu, Masallı rayon Hərbi Komissarlığının əməkdaşı Şamil Abıyev Astara Gömrüyünün rəis müavini olan əmisi Qadir Abıyevin oğlunu bıçaqlayıb. Şamil Abıyevin əmisi oğlu ilə mübahisəsinin hərbi xidmətə getmək üstündə olduğu söylənilir.
Deputat Əhəd Abıyev isə APA-ya açıqlamasında qəzetlərdə yazılanları təkzib edib. O bu məlumatların yayılmasında müxalifət liderlərini ittiham edib: “Bəzi müxalifət partiyalarının rəhbərləri hərbi xidmətdən yayınır, gəncləri zərərli dini cərəyanların təsiri altına salırlar. Bunun qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır”. Ə. Abıyev ailəliklə dövlətə və xalqa xidmət etdiklərini vurğulayıb: “Mən Masallıda 3 saylı orta məktəbin açılışında demişəm ki, əsgərliyə getməyən oğlanlara qız verən kişi deyil, mən o toyda iştirak etməyəcəyəm. Bütün qohumlarımı da şəxsən özüm hərbi xidmətə yola salıram, kiminsə mənim adımdan və deputat mandatımdan istifadə edərək əsgərlikdən yayınmasına imkan vermirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR