Bank Of Baku

Əli Bayramlıda avtomobil piyadanı işıqforun qırmızı işığında vurub

Əli Bayramlıda avtomobil piyadanı işıqforun qırmızı işığında vurub
# 20 oktyabr 2007 08:27 (UTC +04:00)
Əli Bayramlıda avtomobil piyadanı vurub. Əli Bayramlı şəhər polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün baş verib. Saat 22.15-də Əli Bayramlı şəhər sakini, 1986-cı il təvəllüdlü Əzizov Elvin Vidadi oğlu yüksək sürətlə idarə etdiyi VAZ 21099 markalı, 24 BD 319 dövlət nömrə nişanlı avtomaşınla Əli Bayramlı sakini, Telemexanika Zavodunun yataqxanasında yaşayan 1986-cı il təvəllüdlü Quliyev Namiq Əvəz oğlunu işıqforun qırmızı işığında vurub. Piyada bud sümüyünün sınığı diaqnozu və müxtəlif dərəcəli xəsarətlərlə şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı şəhər polis şöbəsində tədqiqat aparılır. Xatırladaq ki, son on gündə Əli Bayramlıda avtomobillə vurulan piyadaların sayı dördə çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR