Bank Of Baku

ABŞ-da nüvə döyüş başlıqları ilə təchiz olunmuş bombardmançı bütün ölkə ərazisi üzrə uçuş keçirib

ABŞ-da nüvə döyüş başlıqları ilə təchiz olunmuş bombardmançı bütün ölkə ərazisi üzrə uçuş keçirib
# 20 oktyabr 2007 09:06 (UTC +04:00)
ABŞ-da nüvə döyüş başlıqları ilə təchiz olunmuş B-52 bombardmançının bütün ölkə ərazisi üzərində uçması faktı üzrə 70 nəfər cəzalandırılıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Hərbi Hava Qüvvələri Komandanlığının rəsmi təmsilçisi Riçard Nyuton (Richard Newton) bildirib ki, Şimali Dakotadakı Minot bazasından havaya qalxan və Luizianadakı Berksdeyl bazasında enən təyyarədə aparılan yoxlama zamanı döyüş başlıqları ilə düzgün rəftar etmə qaydaları üzrə ciddi nöqsanlar aşkarlanıb. Nəticədə, 4 zabit komandanlıqda tutduğu vəzifədən azad olunub, digərləri isə nüvə başlıqları ilə işdən kənarlaşdırılıb.
Bu ilin avqustun 30-da gecə saatlarında baş verən hadisənin araşdırılması zamanı B-52 təyyarəsi məsuliyyətsizlikdən nüvə döyüş başlıqları ilə təchiz olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR