Bank Of Baku

Kanadada təyyarə yaşayış binasına çırpılıb

Kanadada təyyarə yaşayış binasına çırpılıb
# 20 oktyabr 2007 09:28 (UTC +04:00)
Kanadada kiçik, iki mühərrikli təyyarə Vankuver şəhərinin beynəlxalq hava limanı yaxınlığındakı yaşayış binasına çırpılıb. Hadisə nəticəsində ən azı 1 nəfər həlak olub və daha iki nəfər yaralanıb.
APA-nın “Reuters” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, qəza təyyarənin havaya qalxmasından sonra baş verib. Təyyarənin binaya çırpılmasından sonra yanğın başlamasa da, uçağın korpusu, o cümlədən yanacaq bakı hələ də yaşayış binasının daxilində qalıb. Yerli polisin məlumatına görə, həlak olan təyyarənin pilotu, yaralananlar isə yaşayış binasının sakinləri olub. Hadisənin səbəbləri hələ aydınlaşdırılmayıb, lakin hadisə şahidlərinin sözlərinə görə, qəza təyyarə mühərrikinin dayanması səbəbindən baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR