Bank Of Baku

Filippində terror aktı törədilib, 9 nəfər həlak olub, 100 nəfər yaralanıb

Filippində terror aktı törədilib, 9 nəfər həlak olub, 100 nəfər yaralanıb
# 20 oktyabr 2007 09:45 (UTC +04:00)
Manilada (Filippin) terror aktı törədilib, nəticədə 9 nəfər həlak olub. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Filippin Milli Polisinin başçısı Avelino Rason qətiyyətlə terror aktının qumbara ilə törədildiyini söyləyir: “Lakin partlayıcının növü hələ müəyyənləşdirilməyib. Həmçinin, hadisənin hansı terrorist təşkilatı tərəfindən törədildiyi məlum deyil”.
Qeyd edək ki, hadisə oktyabrın 19-da nahar vaxtı Manilanın mərkəzində yerləşən ticarət mərkəzində baş verib. Son məlumatlara əsasən, terror aktı nəticəsində, 9 nəfər həlak olub, 100 nəfərdən artıq yaralanıb. Şəhər hakimiyyəti paytaxtda yüksək təhlükəsizlik rejimi elan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR