Bank Of Baku

Azərbaycan paytaxtında avtomobil yolu çöküb

Azərbaycan paytaxtında avtomobil yolu çöküb
# 20 oktyabr 2007 10:33 (UTC +04:00)
Nəticədə həmin ərazidə yolun üst hissəsində təxminən 100 metr məsafədə çöküntü əmələ gəlib. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, içməli su borusunun partlaması nəticəsində böyük həcmli su yığımı bina tikintisi üçün qazılan bünövrəyə dolub. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib, ərazi nəzarətə götürülüb. “Akkord” Şirkətlər Qrupunun hüquqşünası Vidadi Fərəcov APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisənin nəticələri artıq aradan qaldırılıb, su borusu bərpa olunub. V. Fərəcov onu da söyləyib ki, yolun uçması “Akkord” Şirkətlər Qrupu tərəfindən aparılan tikinti işləri ilə əlaqədar deyil, ərazidən keçən su borusunun korroziyaya uğraması ilə bağlıdır: “Bina təsdiqlənmiş layihə əsasında inşa olunur”. Hüquqşünas heç bir ciddi təhlükə olmadığını, hadisə nəticəsində heç kəsin xəsarət almadığını və problemin iki gün ərində tam aradan qaldırılacağını söyləyib. O, hadisə nəticəsində avtomobillərin hərəkətində yaranmış qismət məhdudiyyətin də tezliklə götürüləcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR