Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə elan edilən müsabiqə üzrə test imtahanları keçirilib

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə elan edilən müsabiqə üzrə test imtahanları keçirilib
# 20 oktyabr 2007 10:42 (UTC +04:00)
APA-nın xəbərinə görə, imtahan bu gün saat 10.00-da Azərbaycan Texniki Universitetinin əsas və 5-ci korpuslarında, eyni zamanda Memarlıq və İnşaat Universitetində keçirilən imtahan 3 saat davam edib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında bildirib ki, birinci mərhələnin nəticələrindən asılı olaraq 80-dən çox bal toplamış namizədlər müsabiqənin ikinci mərhələsinə - şifahi söhbətə buraxılacaqlar. Komissiya sədri deyib ki, ümumi göstəricilərə əsasən, Dövlət Miqrasiya Xidməti, İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyində olan vakant dövlət qulluğu vəzifələrinə sənəd verənlər daha çoxdur. Onun sözlərinə görə, ən az maraq göstərilən sahələr isə Tarif Şurası, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsidir. B. Xəlilovun sözlərinə görə, müsabiqəyə çıxarılan dövlət vəzifələrində ən az vəzifə maaşı 250 manatdır: “Qanunvericilikdə həmin vəzifə maaşlarına bir sıra əlavələr də nəzərdə tutulub”.
Qeyd edək ki, 383 vakant dövlət qulluğu vəzifəsini tutmaq üçün 1853 namizəd sənəd verib. Namizədlərdən 1445-i kişi, 408-i isə qadındır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR