Bank Of Baku

Lənkəranda dəhşətli qətl hadisəsi baş verib

Lənkəranda dəhşətli qətl hadisəsi baş verib
# 20 oktyabr 2007 11:04 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, şəhər sakini, 1977-ci il təvəllüdlü Ağaşirin Fərzəli oğlu Əliyev idarə etdiyi 42 BH 615 dövlət nömrə nişanlı “QAZ-31” markalı avtomaşının salonunda qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının operativ əməliyyat-axtarış tədbirləri nəticəsində qatilin şəxsiyyəti isti izlərlə aşkarlanıb. Şübhəli şəxs qismində saxlanan Lənkəran şəhər sakini, 1972-ci il təvəllüdlü Mehman Məmmədağa oğlu Məmmədov törətdiyi cinayəti etiraf edərək, qətlə yetirdiyi şəxsin ona pul borcu olduğunu bildirib. Qeyd edək ki, M. Məmmədov A. Əliyevi boğaz nahiyəsindən bıçaqla vurub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR