Bank Of Baku

Azərbaycanın Salyan rayonunda dəhşətli yol qəzası baş verib

Azərbaycanın Salyan rayonunda dəhşətli yol qəzası baş verib
# 20 oktyabr 2007 11:58 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonu Hamar-Qışlaq kənd sakini, 1961-ci il təvəllüdlü Ədalət Əkbəroğlunun idarə etdiyi VAZ-2107 markalı, 15 BA 879 dövlət nömrə nişanlı avtomobil Masallı sakini Əsgərov Əfsər Qansur oğlunun idarə etdiyi etil spirti daşıyan “Mercedes” markalı, H-011-844 nömrə nişanlı sisternli avtomobillə toqquşub, nəticədə güclü partlayış baş verib və hər iki maşın yanıb. VAZ-2107-nin sürücüsü Ə. Əkbəroğlu yanaraq külə dönüb. “Mercedes” markalı maşının sürücüsü isə hadisə yerindən qaçıb. Hadisə baş verən əraziyə yaxın olan həyətyanı sahənin hasarı da yanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR