Bank Of Baku

Lənkəranda piyadanı maşın vurub

Lənkəranda piyadanı maşın vurub
# 22 oktyabr 2007 09:27 (UTC +04:00)
Oktyabrın 21-də gecə saat 22:00 radələrində Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran-Lerik avtomobil yolunun Lənkəranın Darquba kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1974-cü il təvəllüdlü Sultan Əlizadə oğlu Həbibov idarə etdiyi “VAZ-21150” markalı 42 BJ 485 dövlət nömrə nişanlı avtomaşınla piyada, Lənkəran rayonunun Ləj kənd sakini Sabir Rəhim oğlu Rəhimovu vurub. Nəticədə güclü kəllə-beyin travması alan S. Rəhimov hadisə yerində keçinib. İlkin versiya kimi hadisəyə səbəb sürücü ilə piyadanın yol hərəkəti qaydalarına riayət etməməsi göstərilir. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR