Bank Of Baku

Yol qəzalarında 4 nəfər ölüb

Yol qəzalarında 4 nəfər ölüb
# 22 oktyabr 2007 14:30 (UTC +04:00)
Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Adil Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla 25-30 yaşlı kişini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada vəfat edib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakıxanov qəsəbə sakini Nizami Dostməmmədovun idarə etdiyi “Pejo-406” və Bakı şəhər sakini Mustafa Mehdiyevin idarə etdiyi “Reno-12” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü xəstəxanaya yerləşdirilib. M. Mehdiyev oktyabrın 21-də orada dünyasını dəyişib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsində Qaraçuxur qəsəbə sakini Hüseyn Əliyev idarə etdiyi “VAZ-2104” markalı avtomaşınla qəsəbə sakini Qəzənfər Musayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q.Musayev orada ölüb. Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.
Naxçıvan şəhərində şəhər sakini Xaliq Səlimov idarə etdiyi “QAZel” markalı avtomaşınla həmyerlisi Qadir Hacıyevi vurub. Nəticədə Q. Hacıyev hadisə yerində keçinib. Faktla bağlı Naxçıvan ŞPİ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR