Bank Of Baku

Gəncə sakinindən 1 kiloqram marixuana götürülüb

Gəncə sakinindən 1 kiloqram marixuana götürülüb
# 22 oktyabr 2007 14:58 (UTC +04:00)
Gəncə şəhər sakinindən 1 kiloqram marixuana tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Daşkəsən RPŞ əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Abdulrəşid Xarturov 1 kiloqram marixuananı 600 dollara satarkən yaxalanıb.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ-nin 6-cı polis bölməsi əməkdaşları Abşeron rayon sakini Mahir Səmədovdan 0,212 qram heroin götürüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR