Bank Of Baku

Oğurluqda təqsirləndirilən 5 nəfər tutulub

Oğurluqda təqsirləndirilən 5 nəfər tutulub
# 22 oktyabr 2007 15:14 (UTC +04:00)
Oğurluq etmiş iki Gəncə sakini həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəhərin Kəpəz rayonundakı F.X.Xoyski küçəsində Zakir Namazova məxsus mağazadan müxtəlif növ siqaret qutuları və danışıq kartları oğurlanıb. Kəpəz RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş rayon sakinləri Rəşid Əliyev və Tural Məcnuni saxlanılıb.
Sentyabrın 25-də Ramana qəsəbə sakini Elman Abdullayevin evindən pəncərədən girmək yolu ilə 3000 dollar, 1 ədəd mobil telefon və qızıl əşyaları oğurlanıb. Sabunçu RPİ-nin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakıxanov qəsəbə sakini Ceyhun Binnətov tutulub.
Bakı Neft Bazasına məxsus laboratoriyadan oğurluq etməyə cəhd göstərmiş Bakı şəhər sakinləri Ruslan Əliyev və Asəf Haqverdiyev tutulmuşlar. Onlar 1 ədəd yağ mühərrikini oğurlamağa cəhd göstəriblər. R. Əliyev və A. Haqverdiyev DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və sonrakı araşdırmalar aparılması üçün Xətai RPİ-nin 37-ci polis bölməsinə təhvil veriliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR