Bank Of Baku

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin komandiri neftçalalılardan rüşvət istəyib

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin komandiri neftçalalılardan rüşvət istəyib
# 22 oktyabr 2007 15:24 (UTC +04:00)
APA-nın məlumatına görə, Neftçalalıların Hüquqlarını Müdafiə Komitəsinin sədri Tanrıverdi Əliyev hərbi hissə komandirinin artıq neçə illərdir ki, yerli əhali ilə qarşıdurmaya getdiyini, qanunları pozduğunu bildirib: “Neftçala sənaye rayonu olmaqla yanaşı, əhalisinin əsas məşğuliyyəti həmişə balıqçılıq və camışçılıq olub. Burada az qala hər evdə qayıq var. Qayıqlardan isə təkcə balıq ovlamaq üçün deyil, həm də camışları axtarmaq üçün istifadə edirlər. Bu illər ərzində qayıqlar Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi ərazilərdəki yanalma körpülərində saxlanılırdı. Materialından asılı olmayaraq, bu qayıqlar nömrələnib, qayıq sahiblərinə isə dənizə çıxmaq üçün xüsusi icazə vərəqəsi verilib.
Neftçala sakini Natiq Hüseynov isə deyib ki, E. Verdiyev komandir olandan sonra dənizdə qeyri-qanuni balıq ovu təşkil edib. Bəzi brakonyerlər Elşən Verdiyevin himayəsində nərə balığının ovu ilə məşğuldur. Komandir balıq ovlamağa icazə istəyənlərin hər birindən aylıq 1-5 kq qara kürü və 300 AZN manat məbləğində rüşvət istəyib. Buna əməl etməyənlər isə dənizə buraxılmayıblar. Hətta balıq ovlamağa cəhd edənlərin qayıqları əllərindən alınır, özləri isə fiziki zorakılıqla üzləşirlər. Neftçalalılar hərbi hissə komandirinin hərəkətləri ilə bağlı ölkə başçısına müraciət ediblər.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən isə məsələ ilə bağlı münasibət bildirmək istəməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR