Bank Of Baku

Əli Bayramlıda avtomobil piyadanı vuraraq öldürüb

Əli Bayramlıda avtomobil piyadanı vuraraq öldürüb
# 23 oktyabr 2007 08:42 (UTC +04:00)
Ötən gecə saat 20.00-da Əli Bayramlı şəhər, Energetik küçəsi 39-da yaşayan Mustafayev Elnur Əlimirzə oğlu idarə etdiyi 10-NJ-415 dövlət nömrə nişanlı
VAZ 21015 markalı avtomaşınla H. Əliyev prospektində yolu keçən Əli Bayramlı şəhər sakini, 1949-cu il təvəllüdlü Şıxalıyeva Mülxisə Xanbala qızını vurub.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı şəhər Polis Şöbəsindən verilən məlumatda bildirilib ki, avtomobil piyadanı vuraraq təxminən 40 metr məsafədə sürüyüb. Yaralı şəhər xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Faktla bağlı şəhər polis şöbəsində cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR