Bank Of Baku

Elçin Behbudov Azərbaycanın şimal rayonlarının Polis şöbələrində monitorinq keçirəcək

Elçin Behbudov Azərbaycanın şimal rayonlarının Polis şöbələrində monitorinq keçirəcək
# 23 oktyabr 2007 09:40 (UTC +04:00)
İşgəncələr Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Penitensiar Xidmətin Qızıldaş qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisində saxlanılan sabiq səhiyyə naziri Əli İnsanovla görüşəcək. Bu barədə APA-ya məlumat verən hüquq müdafiəçisi bildirib ki, sabiq nazirin vəkili Ağaveyis Şahverdi müraciət edərək Ə. İnsanovun onunla görüşmək istədiyini deyib. E. Behbudov gələn həftə isə Azərbaycanın şimal rayonlarının Polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarında və Penitensiar Xidmətin komendatura rejimli müəssisələrində monitorinq keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR