Bank Of Baku

“OMON”-un axtarışda olan komandiri Nizami Şahmuradov həbs olunub

“OMON”-un axtarışda olan komandiri Nizami Şahmuradov həbs olunub
# 23 oktyabr 2007 11:59 (UTC +04:00)
Bu barədə APA-ya keçmiş “OMON”çu Mübariz Allahverdiyevin bacısı, Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin direktoru Sevil Allahverdiyeva məlumat verib. S. Allahverdiyeva bildirib ki, N. Şahmuradovun uzun müddətdən bəri xəstə olan anası oktyabrın 22-də günorta saatlarına vəfat edib. Axşamüstü cənazə evdən çıxarılanda anidən N. Şahmuradov üzə çıxıb. N. Şahmuradov təslim olmaq istədiyini bildirib. O, yanında olanlara bununla bağlı aidiyyəti orqanlara məlumat verilməsini tapşırıb, anası torpağa tapşırılandan sonra təslim olacağını deyib. Mərhum basdırılandan sonra N. Şahmuradov “Qurd qapısı”nda yerləşən qəbiristanlıqda həbs edilib: “ Biz onunla görüşməsi üçün artıq hüquq müdafiəçisi Elçin Behbudova müraciət etmişik”.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü N. Şahmuradov 1995-ci ildən axtarışa elan olunub. Onun indiyədək harada gizlənməsi barədə məlumat yoxdur. Onun qardaşı Vidadi Mahmudov 1995-ci il hadisələrinə görə həbs olunub, əfv fərmanı ilə azadlığa buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR