Bank Of Baku

Yol qəzalarında üç nəfər ölüb

Yol qəzalarında üç nəfər ölüb
# 23 oktyabr 2007 13:45 (UTC +04:00)
Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun A. Zeynallı küçəsində Bakı şəhər sakini Süleyman Vəliyevin idarə etdiyi “QAZ-24” və Gəncə şəhər sakini Zirəddin Əsgərovun idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S. Vəliyev oktyabrın 22-də orada vəfat edib. Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
Əli Bayramlı şəhərində şəhər sakini Elnur Mustafayev idarə etdiyi “VAZ-21015” markalı avtomaşınla həmyerlisi Milxida Şıxəliyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M. Şıxəliyeva orada ölüb. Faktla bağlı Əli Bayramlı ŞPŞ-də araşdırma aparılır.
Salyan rayonunda Cəlilabad rayon sakini Hafiz Meyxoşov idarə etdiyi “VAZ-21065” markalı avtomaşınla rayon sakini Seyfulla Rəhimovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S. Rəhimov orada dünyasını dəyişib. Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR