Bank Of Baku

Mingəçevir sakini: “ İcra başçısı Lütvəli Babayev və qardaşı Xanəli Babayev məni ölümlə hədələyirlər”

Mingəçevir sakini: “ İcra başçısı Lütvəli Babayev və qardaşı Xanəli Babayev məni ölümlə hədələyirlər”
# 23 oktyabr 2007 15:09 (UTC +04:00)
“Mingəçevir şəhərinin İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və qardaşı Xanəli Babayev məni ölümlə hədələyirlər. Mənim bununla bağlı yüksək dövlət orqanlarına ünvanladığım şikayətlər isə yenidən icra başçısına qaytarılır. Ötən həftə isə Lütvəli Babayevin İcra Hakimiyyətinin ictimai-siyasi şöbənin müdiri olan xalası oğlu Yunis məni yanına çağırdı. Onun otağında şəhərin axundu olan qardaşı Xanəli Babayev məni hədələyərək bildirdi ki, şikayəti dayandırmasam, nəsillərində olan 46 kişidən 6-sı mənim kimilər tədbirini görüb, gedib həbsxanada yatıb gələ bilərlər”. APA-nın məlumatına görə, bu barədə şikayət ərizəsində Mingəçevir şəhəri, Şəhriyar küçəsi ev 2 ünvanında yerləşən Mayıl İsmayılov bildirilib. M. İsmayılov icra başçısının və qardaşlarının ona olan təzyiqlərinə artıq tab gətirmədiyi üçün xarici ölkələrdən sığınacaq istəyəcəyini, özünün və ailəsinin həyatının təhlükədə olduğunu bildirib.
M. İsmayılov bildirib ki, icra başçısı onu hər il Yevlaxdan Bakıya etdiyi piyada ziyarəti ötən il Mingəçevirdən başlamağı təklif edib: “Mən isə bildirdim ki, ziyarətə kiminsə arzusu və ya təklifi ilə getmirəm. Mən ziyarətə həmişə Yevlaxdan getmişəm, bu belə də olacaq. Bu söhbətdən sonra onlar mənə düşmənçilik etməyə başlayıblar”.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev isə APA-ya açıqlamasında Mayıl İsmayılovun yazdıqlarının qərəzli olduğunu bildirib: “Mayıl İsmayılov bizim şəhərə 2005-ci ildə gəlib. Onun üçün yaradılan şərait heç bir mingəçevirliyə yaradılmayıb. O, iş tələb edib və Mingəçevir şəhər İstilik Elektrik Stansiyasında işlə təmin olunub. Bələdiyyədən aldığı torpağı 5000 dollara satıb. İndi isə marşrut xəttinə avtobus buraxmaq istəyir. Bizim şəhərdə marşrut hər dəqiqədən bir işləyir. Ona avtobusla ətraf rayonlara reys təşkil etmək üçün şərait yaradıldı və ona Mingəçevirdə 7 nömrəli marşrutda işləmək təklif olundu. Departamentlə razılaşdıqdan sonra marşruta çıxdı. Xəttə çıxdığı ilk gündə bütün marşrutları dayandırıb, buna da Qarabağ əlilləri və şəhid ailələri narazılıq etdi”. L. Babayev M. İsmayılovun özbaşına hərəkət etmədiyini və onu maliyyələşdirən şəxslər olduğunu vurğulayıb: “Onu bütün respublika artıq tanıyır. Əgər onun arxasında dayanan olmasa, bu qədər teleqram və digər yazışmalara pul çatdıra bilməz. Amma o hər yerdə piyada yol qət edərək, ümummilli lider Heydər Əliyevin qəbrini ziyarətə getdiyini söyləyir. Onun ümummilli liderin adından istifadə etməsi məni narahat edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR