Bank Of Baku

Vətəndaşlardan narkotik vasitələr götürülüb

Vətəndaşlardan narkotik vasitələr götürülüb
# 23 oktyabr 2007 15:12 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Rusiya Federasiyası vətəndaşı Sergey Xoydukovdan 0,64 qram marixuana, 0,237 qram heroin və 1 ədəd şpris, Nərimanov RPİ-nin əməkdaşları Rusiya vətəndaşı Sultan Mahmudovdan 0,209 qram heroin, Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini Qüdrət İbrahimovdan 0,572 qram heroin, Nizami RPİ 23-cü polis bölməsinin əməkdaşları Yeni Suraxanı qəsəbə sakini Rəsul Məmmədovdan 0,243 qram heroin götürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR