Bank Of Baku

Vətəndaşların mobil telefonlarını oğurlayan 5 nəfər yaxalanıb

Vətəndaşların mobil telefonlarını oğurlayan 5 nəfər yaxalanıb
# 23 oktyabr 2007 16:58 (UTC +04:00)
Soyğunçuluqla məşğul olaraq vətəndaşların mobil telefonlarını oğurlayan bir neçə şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 23-də Milli Parkın ərazisində Əli Bayramlı şəhər sakinləri Loğman Məmmədov və Orxan Səfərov Bakı şəhər sakini Kamran Mütəllibova qarşı zor tətbiq edərək mobil telefonunu ondan alıblar. Səbayel RPİ-nin 39-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində L. Məmmədov və O. Səfərov yaxalanıb.
Xətai rayonundakı R.Axundov küçəsində Bakı şəhər sakinləri Süleyman Nuriyev və əvvəllər məhkum olunmuş Zaur Əsədov Cəlilabad rayon sakini Tacəddin Rzayevi bıçaqla hədələyərək mobil telefonunu və 13 manatını alıblar. S. Nuriyev və Z. Əsədov DİN Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulub, araşdırma aparılması üçün Xətai RPİ-nin 37-ci polis bölməsinə təhvil verilib.
Xətai rayonundakı Babək prospektində 2 naməlum şəxs Bakı şəhər sakini Xəyal Mehdiyevin idarə etdiyi “Mercedes” markalı avtomaşına sərnişin qismində oturub. Daha sonra onlar sürücünü bıçaqla hədələyərək mobil telefonunu alıblar. Hadisəni törədənlərdən biri, Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Cəfərov DİN Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub, araşdırmalar aparılması üçün Xətai RPİ-nin 37-ci polis bölməsinə təhvil verilib. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində hadisəni Etibar adlı şəxslə birgə törətdiyi müəyyən edilib. Faktla bağlı Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR