Bank Of Baku

Oğurluq etmiş Masallı sakinləri tutulub

Oğurluq etmiş Masallı sakinləri tutulub
# 24 oktyabr 2007 08:22 (UTC +04:00)
Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində uzun müddət rayon ərazisində avtomaşın hissələri və ev qarəti ilə məşğul olan dəstə zərərsizləşdirilib. RPŞ-dən APA-nın cənub bürosuna verilən məlumata görə, dəstənin iki üzvü həbs edilib, üç nəfərin axtarışı isə davam etdirilir. Masallı rayonunun Ərkivan kənd sakini, 62 yaşlı Həmdulla Bədəlov ona məxsus avtomaşınının hissələrinin, həmkəndlisi Rasif Zahidov isə həyətyanı sahəsindən oğurluq olunması barədə RPŞ-yə müraciət edib. Polis oğurluqda şübhəli bilinən iki nəfər Ərkivan kənd sakinini - 39 yaşlı İqbal Abdinovu və 37 yaşlı Mehman Məmmədhüseynovu saxlayıb. İlkin dindirmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf edərək bildiriblər ki, cinayəti qrup şəklində, yəni 5 nəfər olmaqla həyata keçiriblər. Məlum olub ki, saxlanılan 39 yaşlı İqbal Abdinov qəsdən adam öldürməyə və oğurluğa görə üst-üstə 19 il həbs cəzası çəkib. Adları qeyd olunan şəxslər oğurladıqları əmlakları sataraq narkotik vasitələr əldə etməklə birlikdə qəbul ediblər. Azadlıqda olan digər 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib və onların tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Fakt üzrə Masallı RPŞ-də CM-nin 177.2.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR