Bank Of Baku

Narkotik maddələrin satışı ilə məşğul olan Masallı sakinləri zərərsizləşdirilib

Narkotik maddələrin satışı ilə məşğul olan Masallı sakinləri zərərsizləşdirilib
# 24 oktyabr 2007 08:23 (UTC +04:00)
Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin alışı, satışı və qəbulu ilə məşğul olan 4 nəfər rayon sakini saxlanılıb. RPŞ-dən APA-nın cənub bürosuna verilən məlumata görə, bunlar 43 yaşlı Tariyel Əliyev, 37 yaşlı Natiq Kişiyev, 29 yaşlı Zaur Fətəliyev və 32 yaşlı Etibar Hüseynovdur. Onların üzərinə baxış keçirilərkən müxtəlif çəkilərdə narkotik maddə aşkarlanaraq maddi sübut kimi götürülüb və barələrində CM-nin 234.2 maddəsi ilə cinayət işi açılıb.
Masallı RPŞ-dən APA-nın cənub bürosuna bildirilib ki, cari ilin 9 ayı ərzində rayonda narkotik maddələrin alışı, satışı və qəbulu ilə əlaqədar 42 fakt aşkarlanıb, 32 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Götürülən narkotik maddələrin 157 qramı heroin, 207 ədədi xaş-xaş-kolu (yaş kütləsi 40 kq) olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR