Bank Of Baku

Masallıda 67 avtomaşın saxlanılıb

Masallıda 67 avtomaşın saxlanılıb
# 24 oktyabr 2007 08:33 (UTC +04:00)
Nazirlər Kabinetinin 2007-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin avtomaşınlarda görünməni məhdudlaşdıran plyonkaların, qara şüşələrin çıxarılması barədə göstərişinin Masallıda icrasına başlanılıb. Masallı Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, şöbənin Yol Patrul Xidməti (YPX) əməkdaşları tam heyətlə bu istiqamətdə fəaliyyətə başlayıblar. Dünən rayonun üç istiqamətində iki saatlıq reyd zamanı 67 avtomaşın saxlanılıb. Həmin maşınlarda aşkarlanmış görməni məhdudlaşdıran plyonkalar, qara şüşələr yerindəcə sökülüb. Saxlanılan 67 avtomaşının sürücülərindən biri içkili vəziyyətdə olduğundan, 7 nəfərdə sürücülük hüququ olmadığından avtomaşınlar cərimə meydançasına aparılıb. Masallı RPŞ-nin rəis müavini Tofiq Şahmarov APA-nın cənub bürosuna belə reydlərin davamlı olacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR