Bank Of Baku

Qaxda 17 avtoxuliqan saxlanılıb

Qaxda 17 avtoxuliqan saxlanılıb
# 24 oktyabr 2007 11:26 (UTC +04:00)
Qax rayon Dövlət Yol Patrul Xidməti (DYPX) əməkdaşlarının keçirdiyi reydlər zamanı rayonda yol hərəkəti və inzibati qaydaları pozan 17 avtoxuliqan saxlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax DYPX-dən məlumat verilib. İki gün davam edən reyd zamanı şüşələrində qara örtük və plyonka olan 17 avtomobil aşkar edilərək saxlanılıb. Saxlanılan avtomobillərin örtük və plyonkaları söküldükdən sonra maşınların sahibləri inzibati qaydada cərimə olunub. DYPX-dən bildirilib ki, rayonda aparılan reydlər hələ bir neçə gün davam etdiriləcək. Qeyd edək ki, Qaxda aparılan reydlər iki gün əvvəl ölkə başçısının avtoxuliqanlara qarşı mübarizənin gücləndirilməsi barədə verdiyi göstərişlə bağlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR