Bank Of Baku

Axtarışda olan şəxsdən heroin tapılıb

Axtarışda olan şəxsdən heroin tapılıb
# 24 oktyabr 2007 14:01 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yevlax RPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə axtarışda olan 1966-cı il təvəllüdlü Rafiq Musayev həbs edilib. Ondan 2,4 qram heroin götürülüb. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri - Vüqar Orucovdan 0,283 qram, Ramin Qurbanovdan 0,239 qram heroin, Yasamal RPİ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Vəliyevdən 0,322 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları şəhər sakini İlqar Xanməmmədovdan 1,984 qram heroin götürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR