Bank Of Baku

Yol qəzalarında 5 nəfər ölüb

Yol qəzalarında 5 nəfər ölüb
# 24 oktyabr 2007 14:11 (UTC +04:00)
Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun C.Məmmədquluzadə küçəsində Bakı şəhər sakini Namiq Abbasov idarə etdiyi “BMV” markalı avtomaşınla Zabrat qəsəbə sakini Zülfüqar Vəliyevi vurub. Nəticədə Z. Vəliyev hadisə yerində keçinib, xəsarət almış N. Abbasov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun 28 May qəsəbəsində “Toyota-Prado” markalı avtomaşınla 4 yaşlı qəsəbə sakini Nigar Yəhyayeva vurulub. Nəticədə N. Yəhyayeva hadisə yerində ölüb. Abşeron RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən qaçmış sürücü, Müşfiq qəsəbə sakini Samir Qəhrəmanov saxlanılıb. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
Abşeron rayonunun Təzəkənd kəndində Şamaxı rayon sakini Mövlud Ağayevin idarə etdiyi “Tatra” və Yevlax rayon sakini İlham Orucovun idarə etdiyi “VAZ-2109” markalı avtomaşınlar toqquşub. Nəticədə İ. Orucov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
Mingəçevir şəhərinin Naxçıvan küçəsində şəhər sakinləri Anar Məmmədovun idarə etdiyi “Mazda” və Etibar Rəsulovun idarə etdiyi “QAZel” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış A. Məmmədov və onun sərnişini, 3 yaşlı Ağamir Məmmədov xəstəxanaya yerləşdirilib. Ağamir orada vəfat edib. Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.
Xaçmaz rayonunda rayon sakini Cəbrayıl Paşayev idarə etdiyi “QAZ-31” markalı avtomaşını yolun kənarındakı hasara vurub. Nəticədə C. Paşayev hadisə yerində ölüb. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR