Bank Of Baku

Oktyabrın 23-də 1774 pərdəli, “plyonka”lı avtomobil saxlanılıb

Oktyabrın 23-də 1774 pərdəli, “plyonka”lı avtomobil saxlanılıb
# 24 oktyabr 2007 16:40 (UTC +04:00)
Oktyabr ayının 1-dən 24-nə kimi Bakı şəhəri üzrə 1938 sürücü təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlanılaraq məsuliyyətə cəlb edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, bu müddətdə 6534 pərdəli, “plyonka”lı avtomobil saxlanılıb. Bununla yanaşı, 390 sərxoş, 66 avtoxuliqan, 379 sürücülük vəsiqəsi olmayan sürücünün saxlanıldığını da açıqlayan V. Əsədov deyib ki, oktyabrın 23-də 2348 pozuntu faktı aşkarlanıb. Pozuntu faktlarının 1774-ü pərdəli, “plyonka”lı avtomobillərlə əlaqədardır. Bundan başqa, 9 avtoxuliqan, 35 vəsiqəsiz, 20 sərxoş, 12 yol polisinə tabe olmayan, 35 işıqforun qırmızı işığından keçən sürücü də saxlanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR