Bank Of Baku

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsində avtoxuliqanlıq, pərdə və plyonkalardan istifadəyə qarşı mübarizəni gücləndirilmək üçün plan hazırlanıb

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsində avtoxuliqanlıq, pərdə və plyonkalardan istifadəyə qarşı mübarizəni gücləndirilmək üçün plan hazırlanıb
# 24 oktyabr 2007 17:00 (UTC +04:00)
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bu barədə bu gün keçirilmiş müşavirədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Həsən Şirinov bildirib.
Rəis cərimə meydançalarında olan pərdə və “plyonka”lı maşınların siyahısının hazırlanması barədə də tapşırıq verib. Bundan başqa DYP əməkdaşları tərəfindən bütün rayon yol polis şöbələrinə aşkarlanmayan avtonəqliyyat vasitələrinin tapılması üçün
birgə tapşırıqlar verilib. Tapşırığa əsasən, ünvanlara çağırış vərəqəsi verilərək həmin avtomobil təkrar texniki baxışdan keçirilməsi üçün aidiyyatı rayon dövlət yol polisi orqanlarına gətirilməsi, polisin müdaxiləsi olmadan avtomobil və avtomobil sahibi könüllü olaraq idarə etdiyi avtomobilin şüşəsinin şəffaflığını və standarta uyğun olmasını təmin etməsi, keçirilən reydlər zamanı tabe olmayanlara qarşı İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə tabe olmamaq, polisin tələbini yerinə yetirməmək) maddəsi ilə protokol tərtib edilməsi və bu protokollar həbs cəzası almaq üçün məhkəmələrə göndərilməsi öz əksini tapıb. Müşavirədə həmçinin avtomobillərə “plyonka”, pərdə və digər örtüklərin hazırlanması, satışı, quraşdırılması ilə məşğul olanların aşkarlanaraq, cəzalandırılması üçün tapşırıqlar verilib. Belə şəxslər İnzibati Xətalar Məcəlləsinin 224 və 242-ci maddələri tətbiq edilməklə məsuliyyətə cəlb ediləcəklər. Vaqif Əsədov həmçinin bildirib ki, indiyə kimi BŞBPİ-nin ictimai təhlükəsizlik idarəsi tərəfindən Xətai rayon maşın bazarı, Əzizbəyov rayon ərazisindəki Binə və Sədərək Ticarət Mərkəzlərində plyonka və pərdələrin hazırlanması, satışı və quraşdırılması ilə məşğul olan 10 yer aşkarlayıb. Bu istiqamətdə də iş davam etdirilir. Qeyd edək ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin 7 ci bəndinin 3-cü hissəsində göstərilir ki, “Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını, korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə nəqliyyat vasitəsinin istismarı qadağan edilir”. Bəndə əlavədə qeyd olunur ki, “Hər iki tərəfdən arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin arxa şüşələrində sənaye üsulu ilə hazırlanan jalüz asmağa icazə verilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR