Bank Of Baku

Qaxda 22 yaşlı ər 17 yaşlı arvadını öldürüb

Qaxda 22 yaşlı ər 17 yaşlı arvadını öldürüb
# 25 oktyabr 2007 08:19 (UTC +04:00)
Ötən gecə Qax rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon sakini 17 yaşlı həyat yoldaşını boğaraq qətlə yetirib. Qax Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 01:00 radələrində baş verib. Rayonun Uzuntala kənd sakini, 1985-ci il təvəllüdlü Məhəmməd Ramiz oğlu İbrahimov qeyri-rəsmi nikahda olduğu 17 yaşlı Ramilə Xalid qızı Əhmədovanı öz evində boğaraq qətlə yetirib. RPŞ-dən bildirilib ki, qətl hadisəsi ailə münaqişəsi zəminində baş verib və R. İbrahimov artıq saxlanılıb. Baş vermiş qətl hadisəsi ilə bağlı Qax RPŞ-də cinayət işi açılıb və araşdırmalar davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR