Bank Of Baku

Yol qəzalarında 3 nəfər ölüb

Yol qəzalarında 3 nəfər ölüb
# 25 oktyabr 2007 12:24 (UTC +04:00)
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun M. Muxtarov qəsəbəsində müəyyən olunmamış avtomaşınla Sabunçu qəsəbə sakini Gəray Səfərov vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş G. Səfərov orada vəfat edib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Neftçala rayonunun Astanlı kəndində Salyan rayon sakini Müzafir Sadıqovun idarə etdiyi “QAZ-2417” markalı avtomaşınla Sarıqamış kənd sakini Fərəc Fərəcovun idarə etdiyi “İj-Yupiter” markalı motosiklet toqquşub. Nəticədə F. Fərəcov hadisə yerində keçinib. Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.
Ağdaş rayonunda rayon sakini Zaur Əliyevin idarə etdiyi “VAZ-21061” və Türkiyə vətəndaşı Surnami Mehmetin idarə etdiyi “Skaniya-111” markalı avtomaşınlar toqquşub. Nəticədə Z. Əliyev və sərnişini, Ağdaş rayon sakini Zaur Əliyev hadisə yerində ölüb. Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR