Bank Of Baku

Oğurluqla məşğul olan 4 nəfər saxlanılıb

Oğurluqla məşğul olan 4 nəfər saxlanılıb
# 25 oktyabr 2007 12:36 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan bir neçə şəxsi saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal rayonundakı Hüseyn Cavid prospektində naməlum şəxs Bakı şəhər sakini Emil Məlikova qarşı zor tətbiq edərək mobil telefonunu ondan alıb. Yasamal RPİ-nin 26-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Elvin Əmirov tutulub.
Nərimanov RPİ-nin 18-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müşfiq qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elnur Balaəhmədovdan 0,209 qram heroin götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun oktyabrın 24-də Nəsimi rayonundakı S. Zeynalov küçəsində yaşayan Şahin Həsənovun mənzilindən açıq qapıdan girmək yolu ilə 2 ədəd mobil telefon və 613 manat pul oğurladığı müəyyən edilib.
Gəncə şəhər sakini Məfruqə Aslanovanın evindən açıq qapıdan girmək yolu ilə 1000 dollar və qızıl əşyaları oğurlanıb. Nizami (Gəncə) RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmyerlisi Rüfət Orucov tərəfindən törədildiyi müəyyən edilib.
Oktyabrın 24-də Bərdə rayon sakini Nuridə Baxşəliyevanın həyətindən məişət əşyaları və avtomaşın üçün ehtiyat hissələri oğurlanıb. Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Əli Bayramov həbs edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR