Bank Of Baku

Bakıda erməni qadın azərbaycanlı məcburi köçkünü döyüb

Bakıda erməni qadın azərbaycanlı məcburi köçkünü döyüb
# 25 oktyabr 2007 12:36 (UTC +04:00)
Binəqədi Rayon Məhkəməsindən APA-ya bildirib ki, hakim Adil Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında M. Atakişiyevanın vəkili Muxtar Mustafayev məhkəmə heyətinə etirazını bildirib. Məhkəmə vəsatətə baxılması üçün fasilə elan edib.
Fasilə zamanı T. Osipova və onunla birlikdə məhkəməyə gələn Viktor Kalyujin adlı şəxs öncə vəkil M. Mustafayevi təhqir ediblər. Sonra isə T. Osipova və V. Kalyujin M. Atakişiyevanın üzərinə hücum çəkərək, ona kəllə-beyin xəsarəti yetiriblər. Məhkəmə nəzarətçiləri T. Osipovaya və V. Kalyujinə qarşı adekvat addım atılacağından ehtiyatlanaraq, hər iki şəxsi məhkəmə binasından uzaqlaşdırıblar. Hadisə yerinə təcili yardım çağırılıb və M. Atakişiyeva 6 saylı şəhər xəstəxanasına aparılıb. Baş verən insidentlə bağlı T. Osipova və V. Kalyujin barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. Məhkəmə iclası isə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, M. Atakişiyevanın hazırda yaşadığı mənzil istifadəsiz və Dövlət Mənzil Fondunun balansında olduğundan 1993-cü il avqustun 3-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə bu ailəyə verilib. Apellyasiya Məhkəməsi məcburi köçkünü mənzildən çıxarmaq üçün prezidentin 1 iyul 2004-cü il tarixli sərəncamını Konstitusiyaya zidd sayıb. Həmin mənzilə evin əvvəlki sahibləri, milliyyətcə erməni olan Azərbaycan vətəndaşları Vyaçeslav Xaçaturoviç Osipov, onun arvadı Taisa Osipova və oğlu Vilen Xaçaturoviçin yerləşdirilməsi barədə qərar verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR