Bank Of Baku

Xanlarda “N” saylı hərbi hissənin zabiti bir neçə silah götürərək hərbi hissədən qaçıb - YENİLƏNİB

Xanlarda “N” saylı hərbi hissənin zabiti bir neçə silah götürərək hərbi hissədən qaçıb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 25 oktyabr 2007 14:38 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, “N” saylı hərbi hissədə qulluq edən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü leytenant Kamran Şamil oğlu Əsədov 4 avtomat və 1 pulemyot götürərək hərbi hissəni tərk edib. Əsgərin saxlanılması məqsədilə Xanlar rayonunun və Gəncə şəhərinin giriş-çıxış hissələrində yerləşən postlarda nəzarət gücləndirilib. Xanlar rayon Polis Şöbəsindən faktı təsdiqləsələr də, haqqında axtarış elan olunan şəxsin hərbçi olması səbəbilə əlavə məlumat verə bilməyəcəklərini deyiblər. Hadisə barədə Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, K. Əsədov oktyabrın 24-də hərbi hissəni özbaşına tərk edib. Hazırda hadisə araşdırılır, faktla bağlı yeni məlumat olsa, bu barədə əlavə məlumat veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR