Bank Of Baku

Lənkəran sakini dərmandan zəhərlənərək ölüb

Lənkəran sakini dərmandan zəhərlənərək ölüb
# 26 oktyabr 2007 09:24 (UTC +04:00)
Lənkəranda bədbəxt hadisə baş verib. Lənkəran Rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Qumbaşı kənd sakini, 1957-ci il təvəllüdlü Malik Qəribəli oğlu Həbibov ağır formalı dərman zəhərlənməsi diaqnozu ilə dünyasını dəyişib. Dörd uşaq atası olan mərhumun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. M. Həbibov məlum olmayan dərman preparatını dozadan artıq qəbul etdiyindən huşunu itirib. Qohumları onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) apararkən yolda keçinib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR