Bank Of Baku

Xaçmazda baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Xaçmazda baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb
# 26 oktyabr 2007 12:15 (UTC +04:00)
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Yaqub Oba kəndində Elnur Məmmədovun idarə etdiyi “VAZ-2109” və Qusar rayon sakini Ramiddin Əhmədəliyevin idarə etdiyi “Moskviç-412” markalı avtomaşınlar toqquşub. Nəticədə E.Məmmədov hadisə yerində ölüb, xəsarət almış R. Əhmədəliyev və sərnişinləri - Xaçmaz rayon sakinləri Zaur Əlistanov və Firuz Abbasov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR