Bank Of Baku

Ramil Usubovun keçmiş sürücüsü qətlə yetirilib

Ramil Usubovun keçmiş sürücüsü qətlə yetirilib
# 27 oktyabr 2007 07:44 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onu T. İsmayılov küçəsi 2, mənzil 15 ünvanında yaşayan, 1980-ci il təvəllüdlü Əmənov Zaur Teyyub oğlu qətlə yetirib.
Yaralı şəhər mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sabir Baxışov epiqastral nahiyədən aldığı yaradan və mədəaltı vəzinin zədələnməsi nəticəsində yaranmış daxili qanaxmadan əməliyyat masasında dünyasını dəyişib. Hadisəni törədən, əvvəllər məhkum olunmuş Zaur Əmənov isə hadisə yerindən qaçıb. Onun axtarışları davam edir. Faktla bağlı Əli Bayramlı şəhər prokurorluğunda cinayət işi qaldırılıb, tədqiqat aparılır.
Qeyd edək ki, S. Baxışov daxili işlər naziri Ramil Usubov 1984-1987-ci illərdə Əli Bayramlı şəhər Polis Şöbəsinin rəisi işləyən dövrdə onun sürücüsü olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR