Bank Of Baku

Bakıda və Qubada baş verən yol qəzalarında iki nəfər ölüb

Bakıda və Qubada baş verən yol qəzalarında iki nəfər ölüb
# 27 oktyabr 2007 10:54 (UTC +04:00)
Qubada və Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayonundakı Zığ yolu küçəsində NZS qəsəbə sakini Elməddin Cahangirov idarə etdiyi “Mercedes” markalı avtomaşınla qəsəbə sakini Məzahir Cabbarovu vurub. Nəticədə M. Cabbarov hadisə yerində ölüb. Quba rayonunun 2-ci Nügədi kəndində isə kənd sakini Rasim Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla həmkəndliləri Tofiq Turabovu və Habil Nəcəfovu vurub. Nəticədə T. Turabov hadisə yerində ölüb, xəsarət alan F. Nəcəfov isə xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırmalar aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR