Bank Of Baku

Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirdiyi əməliyyatın təfərrüatları bəlli olub - YENİLƏNİB

Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirdiyi əməliyyatın təfərrüatları bəlli olub - <font color=#FF0000>YENİLƏNİB</font>
# 27 oktyabr 2007 14:08 (UTC +04:00)
Ərazidəki silahlı dəstənin zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat zamanı əməliyyatçılar qrupu zərrəsizləşdirmək üçün atəş açmaq məcburiyyətində qalıblar. Belə ki, qrup üzvlərinin yerləşdiyi evi mühasirəyə alan əməliyyatçılara dəstə üzvü Ramil Əliyev və digərləri tərəfindən bir neçə qumbara atılıb. Xoşbəxtlikdən qumbaralara partlamayıb. Növbəti dəfə partlayıcını atmaq istəyən R. Əliyevə xəbərdarlıq atəşi açılıb. Atəş nəticəsində o, yerindəcə keçinib. Dəstənin daha iki üzvü olan Şəhriyar və Yaşar Məhərrəmov qardaşları isə hadisə yerində həbs olunublar.
Hadisə yerindən xeyli qadağan olunmuş dini ədəbiyyat və silah-sursat götürülüb. Hadisə yerində Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-ci (ölümə sui-qəsd) maddəsi, 315-ci ( hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və digər maddələrlə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR