Bank Of Baku

Əli Bayramlıda qətl törədən şəxs özünü polisə təslim edib

Əli Bayramlıda qətl törədən şəxs özünü polisə təslim edib
# 29 oktyabr 2007 10:08 (UTC +04:00)
Əli Bayramlıda qətl törədən şəxs həbs edilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı Şəhər Polis Şöbəsindən məlumat verilib. Belə ki, oktyabrın 26-da münaqişə zəminində Əli Bayramlı şəhər sakini Sabir Bilal oğlu Baxışovu bıçaqla qətlə yetirən T. İsmayılov küçəsi 2, mənzil 15-də yaşayan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Zaur Teyyub oğlu Əmənov hadisə törədiləndən bir gün sonra özünü Əli Bayramlı ŞPŞ-nin əməkdaşlarına təslim edib. Hələlik hüquq-mühafizə orqanları qətlin motivlərini açıqlamır. Faktla əlaqədar şəhər prokurorluğunun kriminalisti İbrahim Həsənovun rəhbərlik etdiyi istintaq qrupu yaradılıb, Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. İstintaq araşdırmaları məqsədi ilə hadisə yerinə Z. Əmənovun iştirakı ilə baxış keçirilib.
Qeyd edək ki, müxtəlif vaxtlarda yüksək rütbəli şəxsləri şantaj etdiyi üçün 1 il azadlıqdan məhrum edilən Z. Əmənov haqqında APA-nın Mil-Muğan bürosuna dəfələrlə onun telefon vasitəsi ilə törətdiyi cinayətlər haqqında informasiyalar daxil olub. Bu barədə əməkdaşımızın polis şöbələrinin məsul vəzifəli şəxsləri ilə söhbəti olub. Belə ki, müxtəlif vaxtlarda Z. Əmənov Əli Bayramlı, Salyan və Hacıqabul RPŞ-lərə anonim zənglər edərək, vətəndaşlar haqqında yalan məlumatlar verib. Amma polis orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində informasiyaların doğru olmadığı aydın olub. Z.Əmənovun qurbanları yaxınlıq etdiyi adamlar və qonşuları olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR