Bank Of Baku

Astara sakini Masallıda öldürülüb

Astara sakini Masallıda öldürülüb
# 29 oktyabr 2007 10:16 (UTC +04:00)
Oktyabrın 29-da səhər saat 8.00 radələrində Masallı Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsinə şəhərin “Xan” Şadlıq Sarayının yaxınlığında naməlum kişi meyitinin tapılması barədə məlumat daxil olub. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə yerinə gələn RPŞ əməkdaşları meyiti tapılan şəxsin Astara rayonu Şahağacı kənd sakini, 1971-ci il təvəllüdlü Şahin Mehdi oğlu Quliyevin olduğunu müəyyənləşdiriblər. Üç uşaq atası olan Ş. Quliyev ailəsi ilə birlikdə Masallı şəhərində yaşayırmış. İlkin versiya kimi meyitin üzərindəki xəsarətlərə əsasən, mərhumun avtomobil tərəfindən vurulduğu bildirilir.
Faktla bağlı Masallı RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR