Bank Of Baku

Kalmıkiya ərazisindən keçən Azərbaycan qatarlarına Rusiya Nəqliyyat Polisi nəzarət edir

Kalmıkiya ərazisindən keçən Azərbaycan qatarlarına Rusiya Nəqliyyat Polisi nəzarət edir
# 29 oktyabr 2007 11:09 (UTC +04:00)
Dəmir yolundan bildirildiyinə görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsində məqsəd yarana biləcək qarşıdurmaların qarşısını dərhal almaqdır. Oktyabrın 26-da baş vermiş qarşıdurmadan sonra Azərbaycan tərəfinin müraciətlərinə əsasən Rusiya ərazisindən keçən qatarlarda sərnişinlərin təhlükəsizliyi üçün bu ölkənin nəqliyyat polisi tərəfindən ciddi tədbirlər görülür. ADDY-nin “Sərnişindaşıma” İstehsalat Birliyinin rəisi Elyar Muradov isə “APA-Economics”ə açıqlamasında Rusiya ərazisindən hərəkət edən Azərbaycan qatarlarında sərnişinlərin təhlükəsizliyinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. E. Muradovun sözlərinə görə, hazırda Kalmıkiya ərazisindən keçən qatarlar Rusiya nəqliyyat polisinin nəzarətində olduğundan hansısa təhlükə yoxdur. E. Muradov oktyabrın 26-da baş vermiş insidentlə əlaqədar Rusiyanın Şimali Qafqaz Nəqliyyat Polisi ilə yanaşı? Azərbaycan Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu tərəfindən araşdırmaların aparıldığını bildirib. ADDY rəsmisinin sözlərinə görə, araşdırmaların nəticələri və şahidlərdən toplanmış izahatlar Rusiya tərəfinə təqdim olunacaq. Sərnişin qatarına dəymiş ziyan isə hadisəni törədənlər tərəfindən ödəniləcək.
Qeyd edək ki, Azərbaycan qatarına basqın etmiş 5 kalmık saxlanılıb. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin xuliqanlıq, iğtişaş törətmə və polisə müqavimət maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, oktyabrın 26-da saat 22:00-da Kalmıkiyanın Artezian stansiyası yaxınlığında 60-dək kalmıkın Tümen-Bakı sərnişin qatarına basqını nəticəsində 25 nəfər sərnişin, həmçinin qatar heyətindən xeyli sayda şəxs, Şimali Qafqaz Nəqliyyat Polisinin əməkdaşı və 2 əsgər xəsarət alıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR