Bank Of Baku

“Domodedovo” aeroportu yaxınlığında meşədə aşkar olunmuş meyitin itkin düşmüş Azərbaycan vətəndaşı olduğu ehtimal edilir

“Domodedovo” aeroportu yaxınlığında meşədə aşkar olunmuş meyitin itkin düşmüş Azərbaycan vətəndaşı olduğu ehtimal edilir
# 29 oktyabr 2007 11:11 (UTC +04:00)
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin meyitin əlamətləri ilə İ. Haşımovun əlamətləri uyğun gəlir. Hazırda Rusiya ilə Azərbaycan hüquq-mühafizə orqanları arasında iş aparılır, meyit müayinə olduqdan sonra dəqiq məlumat veriləcək.
Ehtimal olunur ki, İ. Haşımov Bakıdan Moskvaya uçan təyyarənin şassisinin üstündə oturub, təyyarə havaya qalxdıqdan sonra təkərlə birlikdə bort hissənə daxil olub. Təyyarə “Domodedovo” aeroportunda yerə enərkən isə soyuqdan donmuş İ. Haşımov yerə düşərək parçalanıb.
Qeyd edək ki, İ. Haşımov oktyabrın 12-də səhər saat 09.30 radələrində iş axtarmaq məqsədilə evdən çıxıb. “Domodedovo” aeroportu yaxınlığında təyyarədən meşəyə düşmüş yeniyetmənin çibindən Bakı metropolitenində istifadə olunan jeton aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR