Bank Of Baku

Kürdəmirdə 7 maşının toqquşması nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb

Kürdəmirdə 7 maşının toqquşması nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb
# 29 oktyabr 2007 12:07 (UTC +04:00)
APA-nın Aran bürosunun xəbərinə görə, oktyabrın 28-də saat 21:30 radələrində Kürdəmir rayonunun Sığırlı kəndində Türkiyə vətəndaşı Fərruk Yıldırım Kənan idarə etdiyi “İveko” markalı avtomaşınla Zərdab rayon sakini İdahət Pəhləvan oğlu Xəlilovun idarə etdiyi “Ford”, Göyçay rayon sakinləri İlham Hüseynovun idarə etdiyi “Ford”, Hikmət Tağıyevin idarə etdiyi “QAZ-24”, Kürdəmir rayon sakinləri Yengivar Əhmədovun idarə etdiyi “VAZ-2106” və Pənah Soltanovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınları vurub. Nəticədə Bakı-Zərdab marşrutu ilə hərəkət edən İ. Xəlilovun idarə etdiyi mikroavtobusun sərnişinlərindən Zərdab rayon sakinləri Bəxtiyar Misirov, Qönçə Məmmədova, Aqşin Mehdiyev, Ruhəngiz Qasımova və Aysel Əlirzayeva hadisə yerində ölüb, xəsarət almış 4 sərnişin, habelə P. Soltanov və onun oğlu Camal Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ölənlərdən 3 nəfəri Zərdab rayonunun Əlibəyli kəndinin, 2 nəfəri isə Ucar rayonunun sakinləridir. Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR