Bank Of Baku

Soyğunçuluqla məşğul olan iki nəfər tutulub

Soyğunçuluqla məşğul olan iki nəfər tutulub
# 29 oktyabr 2007 12:35 (UTC +04:00)
Soyğunçuluqla məşğul olan iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami RPİ-nin 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Q. Qarayev prospektində Bakı şəhər sakini Şükufə Həsənovaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını ondan almış Gürcüstan vətəndaşı Musa Süleymanov tutulub. Ondan 0,246 qram heroin götürülüb.
Əli Bayramlı şəhərindəki Energetik küçəsində şəhər sakini İlham Əliyevin 1 ədəd mobil telefonu oğurlanıb. Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Füzuli Mehdiyev həbs edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR